Kiyev vilayətində güllələnmiş 132 sakinin cəsədləri tapılıb

Kiyev vilayətinin Makarovka qəsəbəsində güllələnmiş 132 sakinin cəsədləri tapılıb.

UNİAN-ın məlumatına görə, bunu qəsəbənin başçısı Vadim Tokar telemarafonda bildirib.

“Biz Rusiya ordusu tərəfindən güllələnmiş 132 mülki şəxsin cəsədlərini aşkarlamışıq” – deyə Tokar bildirib.

Tokarın sözlərinə görə kəndin 40%-i tamamilə dağıdılıb. Bombalanma nəticəsində xəstəxana, uşaq bağçası və evlər məhv olub. Ərazi minalardan təmizləndikdən sonra qəsəbəyə qaz və elektrik verilməsi bərpa olunur.

Qəsəbə başçısının sözlərinə görə, burada münaqişəyə qədər 15 000 nəfər yaşayırdı. Döyüşlərin şiddətli mərhələsində qəsəbədə min nəfər qalmışdı. Hazırda azad edilmiş yaşayış məntəqəsində tibb briqadası işləyir.

 

Əvvəlki məqalə

Rusiya MN: Ukraynada 54 hərbi obyekt məhv edilib

Sonrakı məqalə

Teymur Bünyadov vəfat edib