“Kiyevi Moskvanın şərtləri əsasında danışıqlara razı salmağa çalışırlar”- DANİLOV

“Ukraynanı Moskvanın şərtləri əsasında danışıqlara razı salmağa çalışırlar”. 

Azpost.info xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
Onun sözlərinə görə, bu cür təkliflər müxtəlif ölkələrdən gəlir.

Danilov həmin dövlətlərin adını çəkməyib: “Hazırda böyük bir kampaniya gedir. Müxtəlif ölkələrdən çoxlu təkliflər var”.

Danilov qeyd edib ki, prezident Vladimir Zelenski yalnız Ukraynanın şərtləri əsasında Rusiya ilə danışıqlara qərar verə bilər: “Bəzi ölkələrin nümayəndələri nə qədər istəsələr də, Ukrayna milli maraqlardan imtina etməyəcək”.

Azpost.info

Əvvəlki məqalə

Əməkdar artistə ürək damarının partlaması diaqnozu qoyulub

Sonrakı məqalə

“Aİ ölkələri müdafiəni gücləndirmək üçün əlavə 70 milyard avro xərcləyəcək”