“Kiyevin Almaniya prezidentini rədd etməsi diplomatik səhv idi” –Vitse-kansler

Almaniyanın vitse-kansleri Robert Habek Kiyevin prezident Frank-Valter Ştaynmayerin səfərini rədd etməsini diplomatik səhv adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Spiegel” yazır. “Təəssüf ki, bunu deməliyəm – Ukrayna tərəfi diplomatik səhvə yol verdi. Federal prezident Almaniya deməkdir”. Habek Ukraynaya onun, yoxsa kansler Olaf Şoltsun gedəcəyi sualına da cavab verib: “İndi biz hamımız əmin olmalıyıq ki, problemi həll edirik, daha da kəskinləşdirmirik. Telefonlar bunun üçün icad edilib”.

Əvvəlki məqalə

Dövlətin verdiyi mənzillərdə yaşamayan 510 məcburi köçkün ailə aşkarlanıb

Sonrakı məqalə

Ficidə rusiyalı oliqarxın 325 milyonluq yaxtasına həbs qoyuldu