“Kiyev Krıma zərbələri müttəfiqləri ilə razılaşdırıb”- Rusiya XİN

“Kiyevin Krıma zərbələr endirməyi müttəfiqləri ilə razılaşdırdığı heç kimə sirr deyildi”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu sirr deyil. Ona görə də biz belə siyasəti rusofobiya, onun Qərb ideoloqlarını isə dost olmayan rejimlər adlandırırıq”, – Zaxarova bildirib.

O bu açıqlaması ilə Ukrayna prezidentinin müşaviri Mixail Podolyakın sözlərinə münasibət bildirib.

Podolyak deyib ki, Ukraynanın bir sıra müttəfiq ölkələri Kiyev rəhbərliyinə Krıma zərbələr endirməyə icazə verib. Onun sözlərinə görə, bu gün onlar bir il əvvəl olmayan bu razılıqla bağlı mütləq konsensusa malikdirlər.

Azpost.info

Əvvəlki məqalə

Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?

Sonrakı məqalə

Kanadanın XİN başçısı Şarl Mişellə Qarabağı müzakirə edib