Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levona beyin silkələnməsi diaqnozu qoyulub.
Azpost.info xəbər verir ki, o, İrəvanda hökumət əleyhinə keçirilən mitinqdən xəstəxanaya aparılıb.
Levon Köçəryanın vəziyyəti orta ağır qiymətləndirilir.
Yerli tibb mərkəzinin açıqlamasında bildirilir ki, etirazlar zamanı xəsarət alan Levona qapalı kəllə-beyin travması – beyin silkələnməsi diaqnozu qoyulub.
Azpost.info