Koçaryanın və Sarkisyanın deputatları Xankəndinə buraxılmayıb –Laçın dəhlizindən geri qaytarılıblar

Ermənistan parlamentinin müxalifətçi deputatları Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıblar.

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan məlumat verib.

“Hayastan” fraksiyasının üzvü Artur Kazinyanın sözlərinə görə, deputatların avtomobilləri nəzarət-buraxılış məntəqəsində saxlanılıb. O bildirib ki, Azərbaycan tərəfi rusiyalı sülhməramlıların operativ qərargahına deputatların Azərbaycan ərazilərinə buraxılmaması ilə bağlı təlimat verib.

 

Əvvəlki məqalə

Doyunca yatmamaq sağlamlığa mənfi təsir edə bilər

Sonrakı məqalə

Valyuta məzənnələri