Kofe içmək infarkt riskini aşağı salır

Tanınmış rusiyalı həkim Aleksandr Myasnikovun sözlərinə görə, qəhvə ürək-damar sisteminə xüsusi fayda gətirir. O cümlədən qəhvədən səmərəli istifadə aritmiyanın profilaktikasını təmin edir. Bu içki sayəsində miokard infarktı riski aşağı düşür.

AZƏRTAC bu barədə tibb saytlarına istinadla xəbər verir.

Doktor Myasnikov bildirir ki, qəhvənin tərkibində minə yaxın faydalı bioloji aktiv maddələr var. Qəhvə hipertoniklər üçün də xeyirlidir.

Həkim qaraciyərin sirroz və xərçəng kimi təhlükəli xəstəliklərin inkişafından müdafiəsi üçün qəhvə içməyi məsləhət görür.

Əvvəlki məqalə

Zelenski 2 generalı rütbədən məhrum edib

Sonrakı məqalə

“Sanksiyaları ləğv etməyi xahiş etməyəcəyik” –