Kofeni nə zaman içmək lazımdır?

Tibb elmləri namizədi, endokrinoloq Zuxra Pavlova kofe içmək üçün ən uyğun vaxtın nə zaman olduğunu açıqlayıb.

O, öz “Telegram” kanalında bu gümrahlandıran içkini bilinənin əksinə olaraq səhərlər içməyin doğru olmadığını qeyd edib. Belə ki, bu, yuxululuq və enerji itkisinə səbəb ola bilər.

Həkim vurğulayıb ki, səhərə kofe ilə başlamaq düzgün deyil. Onun fikrincə, insan səhərlər özünü yorğun hiss edirsə və bu yorğunluğu kofenin aradan götürə biləcəyinə inanırsa, ilk öncə bu halın hansı xəstəliklə bağlı ola biləcəyini müəyyən etmək lazımdır.

Məsələn, səhərlər tez-tez təkrarlanan yorğunluq halları, ekspertin fikrincə, gündəlik rejimin düzgün nizamlanmaması, xroniki yuxusuzluq və ya gecə həddindən artıq yemək yeyilməsi ilə bağlı ola bilər. Mütəxəssis xəbərdarlıq edib ki, əsas səbəbi müəyyənləşdirmək əvəzinə yuxudan oyandıqdan dərhal sonra kofe içmək endokrin və sinir sistemini çökdürə bilər.

Pavlova bədəni məşqlərlə və ya qısa bir gəzinti ilə canlandırmağı, ətirli kofeni isə günortadan sonra – bədənə əlavə enerji mənbəyi lazım olduqda içməyi tövsiyə edir. (Lenta.ru)

Əvvəlki məqalə

Tiqran Keosayanın Qazaxıstana girişi qadağan olunacaq

Sonrakı məqalə

Fotosu dünyada qəzəb yaradan Buçalı velosipedçinin anası danışdı: