“Kölgə donanması” ilə daşınan milyardlar- İran Rusiya neftini sanksiyalardan necə xilas edir?

Dekabrda Moskvaya qarşı yeni sanksiyaların qüvvəyə minməsindən sonra İranın “kölgə donanması”nın tankerləri Rusiya neftinin nəqlinə kömək edir. Bu da Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradır.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times”ın araşdırmasında deyilir.

“Dekabrın 5-dən Avropa İttifaqı tərəfindən Rusiya neftinə embarqonun qüvvəyə minməsi və G7 ölkələrinin Rusiya neftinə tavan qiymətləri tətbiq etməsi Rusiyanı bir vaxtlar İranın tətbiq etdiyi üsullara əl atıb sanksiyalardan yan keçməyə sövq edir”, – yazıda qeyd olunur.

Araşdırma müəllifləri bildirirlər ki, İrana ABŞ sanksiyalarını pozmağa imkan verən “kölgə donanması”nın ən azı 16 gəmisi son iki ay ərzində Rusiya neftini daşımağa başlayıb.

Təhlillər göstərir ki, “kölgə donanması”na aid gəmilərlə nəql olunan Rusiya neftinin həcmi noyabrda 3 milyon bareldən az idisə, yanvarda 9 milyon bareldən çox olub.

Azpost.info

Əvvəlki məqalə

Şuşada minalar qısa müddətdə təmizlənib –

Sonrakı məqalə

Türkiyədən təxliyə olunmaq istəyən azərbaycanlılara MÜRACİƏT –