Mayın 29-da Kolumbiyada 2022-2026-cı illər üçün prezident seçkilərinin birinci turu keçirilib.
Hazırkı dövlət başçısı İvan Duke seçkilərdə iştirak edə bilməz, çünki respublika prezidenti yenidən seçilmək hüququ olmadan dörd il müddətinə seçilir.
Milli vətəndaşlıq vəziyyəti aktlarının Reyestrinin məlumatına görə, səsvermə hüququna malik kolumbiyalıların 54,91 faizi səsvermədə iştirak edib, 45,09 faizi isə bitərəf qalıb.
Namizədlərdən heç biri tələb olunan 50 faiz səsi toplamadığından prezident seçkilərinin ikinci turu iyunun 19-da keçiriləcək.
İyunun 19-da kolumbiyalılar seçkilərin birinci turunda 40,32 faiz səs toplayan solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə 28,15 faiz səs toplayan öz siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Mübarizə Hökmdarları Liqasını təmsil edən Rodolfo Hernandes arasında seçim edəcəklər.