“Kömək edəcək səyləri alqışlayırıq” –Kremldən Ankaranın Putin-Zelenski görüşü ilə bağlı təklifinə reaksiya

“Kreml istənilən ölkənin Ukraynadakı vəziyyəti nizamlamaq səylərini alqışlayır, əgər Türkiyə Kiyevə təsir göstərə və onu Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə sövq edə bilsə, bu, yalnız alqışlana bilər”.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq. Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları məhz Minsk razılaşmalarının Kiyev tərəfindən yerinə yetirilməsini dayandırması ilə bağlıdır. Əgər türk tərəfdaşlarımız ukraynalılara təsir göstərə bilsələr və onları əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməyə və öhdəlik götürməyə sövq edə bilsələr, bu, ancaq alqışlana bilər”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüşməsi təklifini Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Yanvarın 20-nə olan hava proqnozu

Sonrakı məqalə

Hesablama Palatası siyasi partiyalarda audit üçün xarici təcrübəni öyrənir