Konqo prezidentini sianidlə zəhərləməyə cəhd ediblər

Konqo prezidenti Feliks Çisekedini içərisində sianid olan zərflə zəhərləməyə cəhd ediblər.

Azpost.info xəbər verir ki, Çisekedinin mühafizə xidməti prezident administrasiyasına gələn A4 formatlı zərfi ələ keçirib. Zərfdən bir vərəq , bir qəzet və sianidə bənzər maddə çıxıb. Həmin gün zərf ekspertizaya göndərilib.

Konqo polisinin məlumatına görə, prezidentə məktub Fransada yerləşən beynəlxalq təşkilatdan gəlib.

Konqo prezident administrasiyasındakı mənbə bir səhifəlik məktub və qəzetdən ibarət açıq sarı zərf aldıqlarını təsdiqləyib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Qazaxıstan iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyub”

Sonrakı məqalə

13 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilİb