Koronavirus bioloji müharibədirmi?

- Səfirdən açıqlama
12 Fevral 2020 - 13:52

“Biz koronavirusu artıq nəzarət altına almağa başlamışıq”. 

“Report” xəbər verir ki, bunu Çinin Türkiyədəki səfiri Denq Li “AHaber”ə müsahibəsində koronavirusdan danışarkən bildirib.

Diplomat “Koronavirus bioloji müharibədirmi” sualını isə belə cavablandırıb: “Çin hökuməti olaraq alimlərimizi bir araya gətirərək virusun mənbəyini tapmağa çalışırıq. Hazırda bir məsələdə fikirlərimiz üst-üstə düşür. Böyük ehtimalla, bu virus vəhşi heyvanlardan keçib. Çünki koronavirus, əslində, yarasadakı virusa 96% bənzəyir”.

Xatırladaq ki, Çinin Uhan şəhərində başlayan koronavirusdan ölənlərin sayı 1100-ü ötüb, yoluxanların sayı isə 42 mindən çoxdur.