“Koronavirus hələ bitməyib, sosial məsafə saxlamağa və maska taxmağa davam etməliyik” –Nazir əvəzi

“Başa düşməliyik, koronavirus mutasiyaya uğrayır, müxtəlif ştammları aşkarlanır”.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev bildirib.

O qeyd edib ki, bu, daimi prosesdir, qorxmaq lazım deyil: “Sadəcə hazırlıqlı olmalı və anlamalıyıq ki, xəstəlik hələ bitməyib. Arxayınlaşmaq lazım deyil. Sosial məsafə saxlamağa və maska taxmağa davam etməliyik. Eyni zamanda vaksinasiya öz yerində, infeksiyanın lokallaşdırılması, bütün epidemioloji təbirlərin aparılması da məcburidir. Xəstə sayı azalanda insanlar arxayınlaşır, adi maska rejiminə riayət etmək istəmirlər, bu isə yenidən xəstə sayında artıma səbəb olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib –

Sonrakı məqalə

Bu ilin 9 ayında azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 955,2 milyon manat istifadə edilib