Koronavirusa 100 minədək insan yoluxa bilər

04 Fevral 2020 - 16:42

Çində yayılan koronavirusa bütün dünyada 100 minədək insan yoluxa bilər.

Trend-in məlumatına görə, bir qrup mütəxəssis bu qənaətə gəlib.

Qeyd olunur ki, koronavirusun inkubasiya müddəti iki həftəyə çatır və bu müddət ərzində virusa yoluxmuş şəxslərlə ünsiyyətdə olan hər kəsə ötürülə bilər.