Koronavirusa görə fövqəladə vəziyyət başa çatdı- ÜST "pandemiya" statusunu ləğv etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa görə fövqəladə vəziyyətin başa çatdığını, COVİD-19-un pandemiya statusunun ləğv edildiyini elan edib.

Azpost.info xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“COVID-19 virusunun yayılması ilə əlaqədar qlobal səhiyyədə fövqəladə vəziyyət başa çatır. Böyük ümidlə COVID-19-un qlobal fövqəladə hal kimi sonunu elan edirəm.”, – təşkilat rəhbəri qeyd edib.

Qebreyesusun sözlərinə görə, dünyada ən azı 20 milyon insan koronavirus səbəbindən dünyasını dəyişib: “Həkimlər, hökumətlər, eləcə də ictimai təhlükəsizlik naminə şəxsi fədakarlıq etmək qərarına gələn insanlar pandemiyaya qalib gəlməyə kömək etdilər”.

Azpost.info

Əvvəlki məqalə

Astarada keçmiş bələdiyyə sədrini balta ilə öldürən şəxs tutulub

Sonrakı məqalə

Hadrutda ilk yaşayış məhəlləsində 28 fərdi ev tikiləcək