Korrupsiya faktına görə 65 hakim cəzalandırılıb, 1 nəfər həbs edilib –Nazir Fikrət Məmmədov

“Məhkəmə-hüquq şurası bütün fəaliyyəti dövründə 225 hakimi inzibati məsuliyyətə cəlb edib,  onlardan 16-sının məhkəmə səlahiyyətləri ləğv olunub, 33-ü daha aşağı vəzifəyə keçirilib, 104 nəfərə isə töhmət verilib”.

Azpost.info bildirir ki, bu sözləri ədliyyə naziri Fikrət Məmmədov haqqın.az saytına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, yalnız korrupsiya üçün şərait yarada biləcək faktlara görə 43 hakim inzibati məsuliyyətə cəlb olunub, 13 hakim vəzifəsindən kənarlaşdırılıb, 9 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib,  1 nəfər isə vasitəçilik funksiyası göstərmiş məhkəmə işçisi və vəkillə birlikdə korrupsiyaya görə məhkum edilib.  Bundan əlavə, yaxınlarda məhkəmə işində yardım göstərmək səbəbi ilə vətəndaşdan pul almış daha 2 məhkəmə əməkdaşı həbs olunub. Ümumilikdə məhkəmə sistemindən mənfi motivlərə görə 167 hakim kənarlaşdırılıb”.

F.Məmmədov deyib ki, bəzi hakimlərin etik davranışı ilə bağlı da müəyyən problemlər var, buna görə onlar inzibati məsuliyyətə cəlb olunur. “Digər problemlərdən danışarkən qeyd etməliyik ki, məhkəmələrin əlçatanlığının yaxşılaşdırılması, həmçinin iqtisadi dövriyyənin inkişafı mülki xarakterli işlərin sayının kəskin artmasına səbəb olub.  Son 5 ildə ayrı-ayrı illərdə məhkəmələr tərəfindən baxılan işlərin sayı hətta 500 000-i ötüb. Bəzi hakimlər gündə 30-a qədər işə baxmalı olublar.  Əlbəttə bu cür yüklənmə keyfiyyətə təsir edir, burada çatışmazlıqlar və xətalar gözləniləndir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Vətən Müharibəsinin “mənəvi səngəri”