Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə yeni müavin təyin edilib

Baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

“Report”un xəbərinə görə, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Qeyd edək ki, Baş İdarənin rəis müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb. O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub. H.Məmmədov isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şikayətçi şikayəti göndərəndən sonra da əlinə keçən materialları təqdim edə bilər”

Sonrakı məqalə

“Seçki komissiyaları günahkardır”