“Kramatorsk vağzalına hücumu Rusiya təşkil edib” –Avropa İttifaqı

Avropa İttifaqı (Aİ) Kramatorska raket hücumunu Rusiyanın təşkil etdiyinə əmindir.

Azpost.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin bəyanatında deyilir. “Avropa İttifaqı Rusiyanın Kramatorsk dəmir yolu vağzalına edilən hücumundan dərin sarsıntı keçirir. Bu hərbi cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir. İnsan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyətin təmin edilməsi istiqamətində tədbirləri dəstəkləyirik”, – bəyanatda bildirilir.

Pentaqon da Kramatorsk vağzalına “Tocka-U” raket sistemindən hücumun Rusiya hərbçiləri tərəfindən həyata keçirildiyini təsdiqləyib. Hadisə nəticəsində ölənlərin sayı 52-yə çatıb, 109 nəfər yaralanıb.

Azpost.info

Əvvəlki məqalə

“Avropalı siyasətçi Buça qırğınının səhnə olmadığına dair subut istəyirdi” –

Sonrakı məqalə

Rusiyada “YouTube” tam bloklanacaq –