“Kranı bir az da sıxmaq lazımdır” –G7 Rusiyaya yeni sanksiyalar hazırlayır

Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Azpost.info xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Liz Tras bildirib. Tras qeyd edib ki, sanksiyaların məqsədi Rusiya iqtisadiyyatının zəifləməsinə nail olmaqdır.

XİN rəhbəri ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra “The Telegraph”a deyib: “Başqa hansı sanksiyaları tətbiq edə biləcəyimizi müzakirə etdik. Bizə tamamilə aydındır ki, kranı bir az da sıxmaq lazımdır. Sanksiyalar artıq Rusiya iqtisadiyyatına dağıdıcı təsir göstərir. Tətbiq edilən məhdudiyyətlər Rusiya hərbi maşını üçün maliyyəni azaldır. Lakin Qərb daha çox iş görməlidir”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıq edilib

Sonrakı məqalə

Putin Ukrayanya könüllü döyüşçülərin göndərilməsi ilə bağlı qərar verdi