“Kremlə dronlarla hücum etmək qərarı ABŞ-da verilib”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqdə bildirib.
Peskovun sözlərinə görə, Kiyev və Vaşinqtonun Kremlin “terror hücumu” və “Vladimir Putinə sui-qəsd cəhdi” adlandırdığı insidenti inkar etmək cəhdləri gülüncdür.
“Moskva müxtəlif cavab variantlarını nəzərdən keçirir. Söhbət yalnız ölkənin maraqlarına cavab verən düşünülmüş addımlardan gedir”, – Peskov vurğulayıb.
Azpost.info