Kremlə dron hücumunu Rusiya təşkil edib?- ISW-dən TƏHLİL

“Rusiya hakimiyyəti rusları Ukrayna ilə müharibəyə səfərbər etmək üçün Kremlə dron hücumu təşkil etmiş ola bilər”.

Azpost.info xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri hadisənin baş verdiyi şəraiti təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Hərbi ekspertlər xatırladırlar ki, son bir neçə ayda Rusiya hakimiyyəti Moskva ətrafında hava hücumundan müdafiə sistemini gücləndirib, “Pantsir” zenit-raket və silah sistemləri quraşdırıb. Bu baxımdan da çətin ki, iki pilotsuz təyyarə hava hücumundan müdafiə sistemini yarıb Kremlin üzərində partlaya bilsin.

ISW analitikləri yazır ki, şübhə yaradan məqamlardan biri də hakimiyyətin hadisəyə ardıcıl və koordinasiyalı reaksiya göstərməsidir: “Hücum Moskva üçün gözlənilməz olsaydı, o zaman rəsmilər məsələn, Xersondakı hərbi məğlubiyyətlərdən sonra olduğu kimi, ziddiyyətli izahatlar verərdilər”.

Ekspertlər Kremlin bunu məqsədli şəkildə təşkil etdiyini istisna etmirlər: “Ola bilsin ki, Kremlin Ukraynadakı müharibəni hər kəsin iştirakını tələb edən bir şey kimi təqdim etmək üçün belə bir səhnəyə ehtiyac var idi. Bu, həmçinin 9 May Qələbə Gününü qeyd etməyin ləğvi və ya ciddi şəkildə məhdudlaşdırılması üçün də bəhanə ola bilər”.

Azpost.info

 

Əvvəlki məqalə

PSJ azarkeşləri Neymara “rədd ol, çıx get” dedilər, Messini təhqir etdilər

Sonrakı məqalə

Sabah hava necə olacaq?