“Kremlə hücumdan sonra nüvə silahından istifadə…”- PRİQOJİN

“Vaqner”in qurucusu Yevgeni Priqojin Kremlə dron hücumundan sonra nüvə silahından istifadə variantına qarşı çıxıb.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bundan söhbət gedə bilməz.

Priqojin dronların Moskvaya uçmasına icazə verən şəxslərlə məşğul olmağa çağırıb.

“Radikal əhvalla köklənmiş bir insan kimi deyə bilərəm ki, dron hücumuna cavab olaraq nüvə silahından istifadədən söhbət gedə bilməz. İlk növbədə, dronlarla mübarizəyə cavabdeh olanı tapmaq, bunun pnecə baş verdiyini sorğulamaq lazımdır”, – Priqojin deyib.

Azpost.info

Əvvəlki məqalə

Messi “Barselona”ya qayıtmaq üçün iki şərt irəli sürüb

Sonrakı məqalə

Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib