Kreml Ermənistanda dövlət çevrilişi hazırlayır?- Rusiya XİN-dən REAKSİYA

“Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı məlumat mifdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd edək ki, Ermənistanın hökumətyönlü resursu sayılan “Baqramyan-26” Teleqram kanalı Kremlin Ermənistanda dövlət çevrilişi hazırladığına dair xəbər yayıb. Kanalın məlumatına görə, Priqojinin ölümü zamanı ölkədə “Vaqner”in üç minə yaxın döyüşçüsü qalıb və onların məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olub.

Kanal qeyd edib ki, Moskvada dövlət çevrilişi ssenarisinə icazə veriblər.

Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin də bu məlumatları cəfəngiyat adlandırıb. Onun sözlərinə görə, bu cür açıqlamalar verməzdən və bu cür ittihamlar irəli sürməzdən əvvəl məlumatı təsdiq edəcək real faktları təqdim etmək lazımdır.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıtda bağ evindən 90 min manat oğurlanıb

Sonrakı məqalə

Rusiya və Türkiyə milli valyutalara keçidi müzakirə edir