“Kreml “Vaqner”in rəhbəri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğramasında iştirak etməyib və bu barədə deyilənləri yalan hesab edir”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“İndi bu qəzanın – Yevgeni Priqojin də daxil olmaqla, təyyarənin sərnişinlərinin faciəvi ölümü ətrafında çoxlu fərziyyələr var. Təbii ki, Qərbdə bütün bu fərziyyələr müəyyən bucaqdan təqdim olunur. Bütün bunlar tamamilə yalandır”, – Peskov deyib.
Onun sözlərinə görə, bu məsələdə faktlara əsaslanmaq lazımdır.
“Prezident yaxın gələcəkdə yekunlaşacaq təhqiqatın nəticələrini gözləyir”, – Peskov xatırladıb.
Azpost.info