Kreml Putinin Ukrayna əraziləri üzrə kurator təyin etməsi xəbərinə şərh verməyib

Kremldən “LXR” və “DXR” üzrə yeni kuratorun təyinatına reaksiya

“Mən heç nəyi şərh edə bilmərəm. Hələlik vəzifə bölgüsündə heç bir formal düzəliş edilməyib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Sergey Kiriyenkonun “LXR” və “DXR” ilə əlaqələrin yeni kuratoru təyin edilməsi xəbərini şərh edərkən deyib.

Qeyd edək ki, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun yeni kurator olduğunu RBC-ya Kremlə yaxın beş mənbə təsdiqləyib. O, bu vəzifədə Dmitri Kozakı əvəz edəcək.

Azpost.info

Əvvəlki məqalə

Putin Ukraynanın separatçı əraziləri üzrə yeni kurator təyin edib –

Sonrakı məqalə

İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib