Kreml “Moskva” raket kreyserinin hərbi heyətinin taleyi ilə bağlı sualı şərh etmək istəməyib.
Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə bütün məlumatları Müdafiə Nazirliyinin verdiyini bildirib. “Burada bizim heç nə bildirmək səlahiyyətimiz yoxdur”, – deyə o, sualı cavabsız qoyub.
Peskov əlavə edib ki, dənizçilərin yaxınlarının müraciətləri ilə bağlı məlumatı yoxdur.
Azpost.info