Kremlin gizli planı: Kiyev ələ keçirilsəydi, Ukrayna prezidenti bu 2 şəxsdən biri olacaqdı

Rusiya rəhbərliyi Kiyevin işğalından sonra Ukraynada hakimiyyəti bu iki şəxsdən birinə – Viktor Medvedçuka və ya Viktor Yanukoviçə həvalə etməyi planlaşdırıbmış.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatındakı mənbə bildirib. Mənbənin sözlərinə görə, Moskvanın “A” planı Medveçuk, “B” planı Yanukoviç olub.

Birinci plana əsasən, Ukrayna Putinə ən yaxın adama – Viktor Medvedçuka həvalə olunacaqdı: “Medvedçuk Ukraynada Rusiyanın işğalı barədə dəqiq məlumata sahib olan azsaylı adamlardan biri idi. Medvedçuka yaxın olan deputatlardan biri ona deyibmiş ki, heç olmasa ailələri çıxarmaq üçün nə baş verdiyini bilmək istəyirlər. O isə cavabında heç nə olmayacağını deyib və onlara olduqları yerdə qalmağı tapşırıb. Fevralın 23-də – hərbi müdaxilədədn bir gün əvvəl Medvedçuk qəribə davranmağa başlayıb. O, məşğul olduğunu əsas gətirərək həmkarları ilə görüşləri təxirə salıb. Halbuki o günə qədər heç vaxt adamları ilə görüşlərdən imtina etmirmiş. Fevralın 24-ü səhər Medvedçuk əlaqəni tamamən kəsib”.

Müharibənin başlamasından bir il sonra həm Medvedçukun həmsöhbətləri, həm də Zelenskinin komandasının üzvləri Medveçukun hakimiyyətə gətirilməsinin Kremldə “A planı” olduğuna əmin olublar.

Ukrayna xüsusi xidmət orqanları iddia edir ki, plana əsasən Medvedçuk prezident olacaqdı: “Medvedçuk Kiyevdə dəbdəbəli üçmərtəbəli evdə gizlənirdi. Aprel ayında o, qaçmağa çalışarkən Ukrayna Təhlükəsizlik Şurası rəfindən tutulub. O, sentyabrın 21-dək Ukrayna Təhlükəsizlik Şurasının istintaq təcridxanasında qalıb və sentyabrın 22-də “Azovstal”ın 200 müdafiəçisi ilə dəyişdirilib. Hazırda Medvedçuk ailəsi ilə birlikdə Moskvada yaşayır. İndi onun yeganə məqsədi Kremldə Ukrayna üzrə əsas “mütəxəssis” kimi mövqe tutmağa çalışmaqdır”.

Mənbə deyir ki, Medvedçukun “yoxa çıxmasından” sonra ruslar Yanukoviçin Ukraynaya qaytarılması variantını nəzərdən keçiriblər: “Yanukoviç dövrünün keçmiş yüksək vəzifəli məmurlarından biri bildirir ki, ruslar 2014-cü ildən sonra qaçanların hamısının Ukraynaya qayıtmasını planlaşdırırdı. Bu da bir neçə Nazirlər Kabinetinə kifayət edəcək qədər çox insan demək idi. Onlar geri dönsəydilər, bir neçə əsas vəzifəni doldurmaq mümkün olacaqdı və sonra sistemin özü aşağıdakı yerlər üçün adamlar tapmağa başlayacaqdı. Lakin bu plan da baş tutmamış qaldı. Yanukoviçin təyyarəsi sonuncu dəfə ötən il martın 7-də Minskdə göründü. Bundan sonra Yanukoviç gözdən itdi…”.

Azpost.info

 

Əvvəlki məqalə

Mart ayında 10 gün iş olmayacaq

Sonrakı məqalə

“3+3 formatı bizim diqqətimizdədir”