“Krım körpüsünə hücum qərarı ABŞ və Britaniya kəşfiyyatı ilə birgə qəbul ediib”- Rusiya XİN

“Krım körpüsünə gecə hücumunun məsuliyyəti Ukrayna hakimiyyətinin üzərinə düşür”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bütün bu qərarlar ABŞ və Britaniya kəşfiyyatının və siyasətçilərinin iştirakı ilə qəbul edilir: “Krım körpüsünə bugünkü hücumu Kiyev rejimi həyata keçirib. Qərarlar ABŞ və Britaniya kəşfiyyat orqanlarının və siyasətçilərinin birbaşa iştirakı ilə Ukrayna rəsmiləri və hərbçiləri tərəfindən qəbul edilir”.

Zaxarova Ukraynanı “terrorçu rejimli ölkə” adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

“Taxıl sazişi”nin uzadılması üçün bütün ölkələrlə əməkdaşlığa hazırıq”

Sonrakı məqalə

Sabah hava necə olacaq?