“Krım körpüsünə hücuma cavab olaraq Odessanı Ukraynadan almalıyıq”- Rusiyalı senator

“Rusiya Krıma gələcək hücumların qarşısını almaq üçün Odessa və Nikolayevi ələ keçirməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının rəsmisi Vladimir Cabarov bildirib.

“Ukrayna Qara dənizdən tamamilə ayrı salınmalıdır, əks halda Krım üçün təhdidlər təkrar-təkrar baş verəcək. Odessa və Nikolaev yenidən Rusiyanın bölgələri olmalıdır”, – senator deyib.

Senator Andrey Klişas da öz növbəsində bildirib ki, Ukraynanın denazifikasiyası və demilitarizasiyası çox aktual vəzifələrdir.

O, həmçinin Rusiya Dumasının deputatı Yevgeni Popovun “körpüdəki partlayış nəticəsində ölən ailənin intiqamı alınmalıdır” bəyanatı ilə razılaşdığını deyib.

Azpost.info

Əvvəlki məqalə

Payızda referendum keçiriləcək, ikipalatalı parlament olacaq –

Sonrakı məqalə

“20 Yanvar” metrosunda tüstülənmə olub