Krıma və Sevastopla PUA-lar hucum edib

Cümə axşamı gecə Rusiya hərbçiləri Krımın müxtəlif bölgələrində altı PUA-nı vurublar.

Azpost.info bildirir ki, bu barədə Krımın rəhbəri Sergey Aksyonov bildirib.

“Ötən gecə Krımın müxtəlif bölgələrində 6 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Ölən və ya yaralanan yoxdur”, – o, Telegram kanalında yazıb.

Sevastopol qubernatoru həmçinin bu gecə pilotsuz təyyarələrin hücumu barədə məlumat verib.

Hazırda Krımda və Sevastopolda terror təhlükəsinin yüksək, “sarı” səviyyəsi elan edilib.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Nadir hallada görünən məşhur sovet aktrisası festivala gəldi –