Krımda partlayışdan sonra qatarların hərəkəti dayandırılıb

Krımda dəmiryolunda baş verən partlayışdan sonra yolun Simferopol-Sevastopol hissəsində elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Azpost.info xəbər verir ki, bunu Krım rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib.

O əlavə edib ki, bu stansiyalara sərnişinlər avtobuslarla çatdırılacaq.

“Baza” Telegram kanalı Krımda dəmir yolunda partlayışın baş verdiyi, nəticədə taxıl olan beş vaqonun relsdən çıxması barədə məlumat vermişdi. Məlumata görə, dəmiryol xəttinin zədələnməsi Simferopol vilayətində qeydə alınıb.

“SHOT” Telegram kanalı yazıb ki, Simferopoldan 9 km aralıda yerləşən Çistenkoye kəndi yaxınlığında dəmir yolu relslərinin partlaması versiyası nəzərdən keçirilir. Hadisə nəticəsində itkilər barədə məlumat verilməyib.

Təmir briqadaları artıq yolu bərpa etməyə başlayıblar.

Azpost.info

Əvvəlki məqalə

Masallıda “təcili yardım” qəzaya düşdü, içindəki xəstə öldü

Sonrakı məqalə

Türkiyənin yeni hökuməti iyunda işə başlayacaq