“Üçüncü Dünya müharibəsi qapımızı döyür”.
Azpost.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O, Ukraynadakı qarşıdurmanın dünyada çox təhlükəli vəziyyətə gətirib çıxardığını bildirib.
Eyni zamanda, baş nazir Ukraynanın hazırda faciə yaşadığını və ukraynalılara çox rəğbət bəslədiyini etiraf edib: “Lakin Ukrayna qalib gələ bilməz. Əsgərləri Rusiyadan əvvəl tükənəcək. Son nəticədə hər şey döyüş meydanındakı əsgərlərin sayına görə müəyyən edilir və burada Rusiya daha güclüdür, daha çoxdur. Ukraynanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün ruslarla yeni təhlükəsizlik arxitekturasına dair razılaşma əldə edilməlidir. Eyni zamanda Ukrayna NATO-da olmamalıdır”.
Orban Rusiyanın işğal etdiyi Krımın Ukraynaya qaytarılmasını tamamilə “qeyri-real” adlandırıb. Onun fikrincə, sülhün bərqərar olması üçün ən yaxşı fürsət Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışı və ölkənin Ukraynaya hərbi dəstəyi dayandırmasıdır.
Azpost.info