“Krımın Ukraynanın tərkibinə daxil olacağını təsəvvür belə, etmirik”- PESKOV

“Krım Rusiyanın ayrılmaz hissəsidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Krımla bağlı açıqlamasını şərh edərkən deyib.

Peskov əlavə edib ki, yarımadanın Ukraynanın tərkibinə daxil olacağını təsəvvür belə, edə bilməzlər.

Bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Krımı ələ keçirmək üçün hərbi addımlara hazırlaşdığını bildirib. Onun sözlərinə görə, Ukrayna öz ərazisini qaytarmağa mənəvi cəhətdən hazırdır.

Daha sonra ABŞ prezidenti Co Bayden bildirib ki, Krımın Ukraynaya qaytarılması dərhal baş verməyə bilər və ola bilsin ki, bundan əvvəl müəyyən keçid dövrü olar.

Azpost.info

Əvvəlki məqalə

Malatyadakı zəlzələdə 1 nəfər ölüb, 69 nəfər yaralanıb

Sonrakı məqalə

Digər kalsium fosfatları və treoninin idxalı ƏDV-dən azad edilib