Kriştianu Ronaldo koronavirus şübhəsi ilə karantinə alınıb

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo karantinə alınıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı futbolçu ölkəsi Portuqaliyada təcrid olunub.

Bu qərar superulduzda koronavirus şübhəsi olması ilə bağlı verilib. Ronaldo doğulduğu şəhər Madeyrada tibbi testlərdən keçiriləcək. Bunun əsas səbəbi onun komanda yoldaşı Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkarlanmasıdır.

Qeyd edək ki, bacısının doğum günü ilə əlaqədar Portuqaliyaya gedən Kriştianu Ronaldo İtaliyadakı gərgin vəziyyətə görə, Turinə qayıtmaqdan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

UEFA avrokubokları dayandırdı

Sonrakı məqalə

Azərbaycanda muzeylərə və kitabxanalara giriş məhdudlaşdırılıb