KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımın müzakirə edəilcəyi iclası noyabrın 23-də İrəvanda keçiriləcək.
Azpost.info xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, noyabrın 1-də Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi Stanislav Zasla görüşüb. Görüş zamanı Zas Aleksandr Lukaşenkoya KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq, eləcə də Şuranın bir sıra tapşırıqlarının icrası barədə məlumat verib.
Azpost.info