“KTMT kömək etməyə hazır idi, İrəvan istəmədi”- LAVROV

“KTMT müşahidəçilər missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı sənəd kağız şəklində qalıb və onu həyata keçirmək mümkün deyil”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, KTMT Ermənistana kömək etməyə hazırdır, lakin İrəvan sənədin qəbulunu təxirə salmağı xahiş edib.

Lavrov əmin olduğunu bildirib ki, artıq bağlanmış razılaşmalar təsdiq olunarsa, dövlət daha stabil vəziyyətə nail ola bilər: “Sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırıldı. Son anda sammitdə erməni dostlar onun qəbulunu təxirə salmağı xahiş etdilər. İndiyə qədər o, kağız şəklində qalır və reallaşa bilmir. İrəvan artıq razılaşdırılmış şeyi təsdiqləsəydi, mən əminəm ki, Ermənistan bundan udardı və daha sabit vəziyyət əldə edərdi”.

Lavrovun sözlərinə görə, KTMT müşahidə missiyasının İrəvanda yerləşdirilməsi ilə bağlı sənəd erməni müttəfiqlərinin xahişi ilə 2022-ci ilin payızında hazır olub. Lavrov qeyd edib ki, Rusiya bütün lazımi dəstəyi verməyə hazırdır.

XİN rəhbəri xatırladıb ki, təşkilatın effektivliyi 2022-ci ilin yanvarında Qazaxıstan nümayəndələrinin kömək istəməsi ilə sübut olunub.

Azpost.info

Əvvəlki məqalə

Məhkəmə Sarkozini bir il müddətinə həbsə göndərdi

Sonrakı məqalə

Prezident İlham Əliyev Tokayevi təbrik edib