“KTMT NATO ilə əməkdaşlıq etməyə hazırdır”- ZAXAROVA

“KTMT həmişə bütün maraqlı ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə açıq olub və açıqdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, vaxtilə hətta NATO üzvü olan ölkələrə də əməkdaşlıq təklif edilib, lakin bu təklif cavabsız qalıb.

“KTMT həmişə bütün maraqlı ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə açıq olub və bərabərhüquqlu, hörmət əsasında dialoq qurmağa hazırdır”, – Zaxarova bildirib.

O qeyd edib ki, KTMT-nin İrəvanda keçirilən sammitində qurumla MDB və ŞƏT arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə qərar qəbul edilib: “Belə bir sənədin imzalanması strukturlar arasında praktiki əməkdaşlığın qurulmasına təkan verəcək”.

Azpost.info

Əvvəlki məqalə

Şəmkirin həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədov məhkəmə zalında –

Sonrakı məqalə

Tanınmış jurnalist Səbuhi Məmmədli əməliyyat olunub