KTMT sülhməramlılarının ilk bölməsi Qazaxıstandan qayıdıb

13 Yanvar 2022 - 22:53

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Rusiyaya məxsus ilk desant bölməsi Qazaxıstandan qayıdıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sülhməramlılar “İl-76MD” markalı 4 hərbi təyyarə ilə İvanovo-Severnı aerodromuna eniş ediblər.