Kubada Rusiya üçün Ukryanada döyüşməyə muzdlular yığan qrup həbs edilib

Kubada Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşmək üçün kubalıları cəlb etməkdə şübhəli bilinən 17 nəfər həbs edilib.

Azpost.info bildirir ki, bu həftə Kuba hakimiyyəti insan alveri ilə bağlı cinayətkar şəbəkənin aşkar edildiyini bildirib. Kuba Xarici İşlər Nazirliyinin nümayəndələrinin sözlərinə görə, ölkədə Rusiya tərəfində müharibədə iştirak etmək üçün vətəndaşları cəlb edən cinayətkar qrup fəaliyyət göstərib. Bu qrup həm Kubada həm də Rusiyada yaşayan kubalılara bu təklifləri edib.

Kuba Daxili İşlər Nazirliyinin polkovniki Sezar Rodriges bildirib ki, iş üzrə artıq 17 nəfər həbs edilib. Rodriges onların adlarını açıqlamayıb, lakin izah edib ki, cinayətkar qrupun liderinin Kubada iki şəriki olub.

Kuba prokurorluğu bildirib ki, insan alveri və muzdlu fəaliyyətlə məşğul olan şəxsləri cinayətin ağırlığından asılı olaraq 30 ilədək həbs, ömürlük həbs və ya ölüm cəzası gözləyir.

Rusiya hakimiyyəti Kubadakı bəyanatları hələlik şərh etməyib.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov almaniyalı həmkarına Ermənistanın hərbi təxribatları barədə məlumat verib

Sonrakı məqalə

“Nar”dan təhsilə dəstək –