“Kubaya qarşı iqtisadi blokada dərhal aradan qaldırılmalıdır!”- Çin-dən ABŞ-a ÇAĞIRIŞ

Çin ABŞ-ı Kubaya qarşı iqtisadi və maliyyə blokadasını dərhal aradan qaldırmağa çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan bildirib.

“Çin Birləşmiş Ştatları BMT Nizamnaməsinin əsas məqsəd və prinsiplərinə uyğun olaraq Kubaya qarşı iqtisadi, ticarət və maliyyə blokadasını dərhal və tamamilə ləğv etməyə çağırır”, – XİN rəsmisi BMT Baş Assambleyasının iclasını şərh edərkən deyib.

Qeyd edək ki, iclasda ABŞ-ın Kubaya tətbiq etdiyi embarqonun ləğvi ilə bağlı qətnamə müzakirə edilib.
Çjao Litszyan həmçinin Vaşinqtonu digər ölkələrlə normal dövlətlərarası münasibətləri inkişaf etdirməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

MEDİA-nın icraçı direktoru Slavyan Universitetinin rektoru ilə görüşüb

Sonrakı məqalə

“Əkrəm Əylislini ədəbiyyatdan silmək olmaz, gözəl əsərləri var” –