“Laçın yolunu Paşinyan bağlayıb…” –Sülhməramlıların komandanı ermənilərə rədd cavabı verib

Ötən gün Qarabağdakı separatçı guruhun bir neçə nümayəndəsi, o cümlədən Arayik Arutyunyanın yanında separatçı “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandanı, general-polkovnik Aleksandr Lentsovla görüşüb.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Görüş çox gərgin atmosferdə keçib. Lentsov bildirib ki, Laçın “dəhlizində” yaranmış vəziyyətə görə məsuliyyət Rusiyadan çox, Nikol Paşinyanın üzərinə düşür. Rus generalın sözlərinə görə, Paşinyanın “Qarabağ -Azərbaycandır” deməsindən sonra Laçın yolu bağlanıb. Fəallar RHK komandirinə deyiblər ki, onlara təhlükəsiz həyata təminat verən Putin olub və bu, 9 noyabr tarixli bəyanatla da təsdiqlənib. Lakin komandan bu vəziyyətdə yalnız Rusiya tərəfinin günahkar olduğunu təkzib edib… O, həmçinin bildirib ki, göstərişləri icra edir, qərarlar siyasi platformada qəbul edilməlidir. Nəticədə fəallar general Lentsovla görüşü narazı şəkildə tərk ediblər”, – qəzet yazır.

“Görüşdə Samvel Babayanın yaxın dostlarından olan Artur Osipyan, David Vanyan iştirak edib. Rusiya əleyhinə fikirləri ilə tanınan bu şəxsləri Qarabağda agent kimi qəbul edirlər. Qarabağ sakinləri hesab edirlər ki, onlar Ermənistan hakimiyyəti adından anti-Rusiya əhval-ruhiyyəsini qızışdırırlar”, – qəzet yazır.

Əvvəlki məqalə

Ərdoğan Rusiya əsirliyindən xilas etdiyi beş hərbçini Zelenskiyə qaytardı –

Sonrakı məqalə

Şabranda meşəlik ərazidə yanğın başlayıb, 2 helikopter cəlb olunub