Latviya Ukraynadakı hərbi cinayətləri soyqırımı kimi tanıdı

Latviya Seymi bu gün yekdilliklə Rusiyanın Ukraynadakı hərbi cinayətlərini soyqırımı kimi tanıyıb.

Azpost.info xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Latviyalı deputatlar Rusiyanın hərbi təcavüzünü, Belarus rejiminin dəstəyi və iştirakı ilə Ukraynaya genişmiqyaslı işğalını pisləyiblər. “Latviya Ukraynaya və onun xalqına sarsılmaz dəstək, sədaqət və həmrəylik nümayiş etdirir. Biz hazırkı əsas prioriteti unutmamalıyıq – Ukrayna əhalisini növbəti bəşəriyyətə qarşı cinayətlərdən qorumaq və Kiyevə öz torpaqlarını işğalçılardan azad etməyə kömək etmək. ”, – Xarici Əlaqələr Komitəsinin sədri Riçard Kol deyib. Onun sözlərinə görə, buna yalnız Ukraynaya silah tədarükünün təcili və kəskin artırılması və Avropa İttifaqının Rusiyadan enerji resurslarının idxalını dərhal dayandırması ilə nail olmaq olar.

Seym Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərə dair sübutların toplanması və araşdırılması, Rusiya və Belarusa qarşı sanksiyaların sərtləşdirilməsi, həmçinin Kiyevə hərbi, maliyyə, humanitar və diplomatik dəstəyin gücləndirilməsi istiqamətində səyləri birləşdirməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Kipr 4 rusiyalı milyarderi vətəndaşlıqdan məhrum edir –

Sonrakı məqalə

Rusiya Mərkəzi Bankı dondurulmuş ehtiyatların məbləğini açıqladı