Latviya Xarici İşlər Nazirliyi (XİN) sakinləri Dnestryanı bölgəyə getməməyə və oranı tərk etməyə çağırır.
Bu ölkənin Xarici İşlər Nazirliyi Dnestryanı bölgədə latviyalılara konsulluq yardımı göstərmək imkanlarının məhdud olduğunu vətəndaşlarından nəzərə almağını xahiş edir.
Məlumatda, həmçinin bildirilib ki, Regional və milli təhlükəsizliyə mövcud təhdidləri nəzərə alaraq Moldova Respublikasının Parlamenti fövqəladə vəziyyətin bütün ölkə ərazisində aprelin 25-dən başlayaraq 60 gün müddətinə uzadılması barədə qərar qəbul edib.