Latviyada 9 may Ukraynada həlak olanların xatirə günü elan edilib

Latviya Seymi 9 may tarixini Ukraynada həlak olanların milli anım günü elan edən qanun layihəsini təcili olaraq təsdiqləyib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Təklifi 100 deputatdan 61-i dəstəkləyib.

Qələbə gününün qeyd olunmasını qadağan edən qanun layihəsi cəmi bir gündə təsdiqlənib.

Qanun layihəsinə əsasən, həmin gün dövlət qurumları və yerli özünüidarəetmə qurumları əyləncə və bayram tədbirləri keçirilməyəcək. Həmçinin kütləvi tədbirlərin təşkilinə də icazə verilməyəcək.

Həmçinin 8 və 9 may tarixlərində bütün ölkə ərazisində atəşfəşanlıq qadağan olunacaq.

Əvvəlki məqalə

Avropa Liqasının dörddəbir final mərhələsinə start verilib

Sonrakı məqalə

Rusiya Ukraynanın şimalını tam tərk edib –