Latviyada 9 mayı qeyd etmək qadağan edilib

Latviya Seymi mayın 9-da Avropa Günü ilə bağlı tədbirlər istisna olmaqla, bütün kütləvi tədbirlərin keçirilməsini qadağan edən qanun qəbul edib.

Azpost.info xəbər verir ki, sənəd təcili kimi tanınıb və dərhal iki oxunuşda təsdiq edilib.

100 deputatdan 79-u lehinə səs verib, biri bitərəf qalıb, “Sabitlik” fraksiyasının üzvləri prosesdə iştirak etməyib.

Beləliklə mayın 9-da bütün Latviya ərazisində yığıncaqlar, yürüşlər, piketlər, eləcə də açıq ictimai yerlərdə möhtəşəm və bayram tədbirləri keçirilməyəcək. Həmçinin mayın 10-u səhərə qədər insanlar pirotexniki vasitələrdən istifadə edə bilməyəcəklər.

Azpost.info

Əvvəlki məqalə

AY Partiyanın sədri Anar Əsədli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb

Sonrakı məqalə

“Azersky” peykinin meteoritlə toqquşduğu ehtimal olunur