Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərqi Asiya Sammitində iştirak edəcək.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrov bu məqsədlə sentyabrın 7-də İndoneziyaya səfər edəcək.
Forum 2005-ci ildən hər il keçirilir. İlkin olaraq tədbir Şərqi və Cənub-Şərqi Asiyanın 16 dövlətinin rəhbərlərinin iştirakı ilə keçirilib.
2011-ci ildən sammitlərə Rusiya və ABŞ-dan nümayəndə heyətləri dəvət olunur.
Azpost.info