“Rusiyalı həmkarım Sergey Lavrovla Moskvada baş tutacaq danışıqlar iki ölkə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq olacaq”.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, prezidentlər arasında təmaslar yaxın vaxtlarda Soçidə baş tutacaq.
“Müzakirə edəcəyimiz məsələlər iki liderin yaxın vaxtlarda Soçidə baş tutacaq görüşünə hazırlıq olacaq. Biz “taxıl sazişi”nin bərpası və Ukraynada sülh yolu ilə ədalətli sülhün yaradılması məsələlərini müzakirə edəcəyik. Bundan başqa, Suriya və Cənubi Qafqazdakı vəziyyət də gündəmdə olacaq”, – Fidan bildirib.
Azpost.info