Lavrovun bəyanatı əks-effekt verdi –İsrail Ukraynaya hərbi yardımı artırır

Rusiya xarici işlər naziri Sergey Lavrovun antisemit yəhudilərlə bağlı son bəyanatından sonra İsrail hökuməti Kiyevə hərbi və humanitar yardımı artırmaq qərarına gəlib.

Azpost.info xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb. Məlumata görə, yardımın artırılması əhəmiyyətli addım hesab edilir. Lakin xüsusi qeyd olunur ki, yardıma hava hücumundan müdafiə sistemləri, müasir silahlar və zərbə sistemləri daxil olmayacaq.

“Ukraynaya hərbi və humanitar yardımın artırılması ilə bağlı qərar çox güman ki, İsrailin Kremllə münasibətlərinin soyumasının nəticəsidir”, – qəzet yazır.

Azpost.info

Əvvəlki məqalə

“Bura uşaq bağçası deyil!” –

Sonrakı məqalə

Putin Makrona müharibənin dayanması üçün nə etmək lazım olduğunu dedi