“Çin Ukraynanın yeni səfir təyin etməsini alqışlayır və ona lazımi dəstəyi verəcəyini bəyan edir”.
Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Ukraynanın Çinə yeni səfir təyin etməsini şərh edərkən deyib.
“Pekin Ukrayna tərəfindən Çinə yeni səfir təyin olunmasını alqışlayır və ona öz vəzifələrini yerinə yetirməkdə köməklik etməyə hazır olduğunu bəyan edir”, – XİN rəsmisi bildirib.
Səfir Sergey Kamışev infarktdan vəfat etdikdən sonra Ukraynanın Çindəki səfiri postu iki ildən artıq boş qalıb. O vaxtdan Kiyevi Pekində müvəqqəti işlər vəkili Janna Leşçinskaya təmsil edib. Dünən Ukrayna prezidenti Vladimir
Zelenski strateji sənayelər üzrə keçmiş nazir Pavel Ryabikinin Pekinə səfir təyin edib. Səfirin təyinatı ilə bağlı razılaşma dünən Ukrayna və Çin liderinin telefon söhbəti zamanı əldə olunub.
Azpost.info